EN

Azərbaycanda növbəti qadın qətli TÖRƏDİLDİ – VİDEO

Zaqatalada qadın küçədə öldürülüb.Gununsesi.info Xəzər TV-yə istinadən bildirir ki, Rayon prokurorluğundan verilən məlumata görə, bu gün səhər saatlarında Zaqatala şəhəri ərazisində 34 yaşlı Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırmalarla 32 yaşlı  Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Məlumata görə, qətlə yetirilən Aygün Həşimova Zaqatalanın Qımır kəndindəndir. hədisəni törətməkdə şübhəli sayılan   əli  səfərov isə şamaxı rayonundandır. onlar ailəli olublar, bir müddət əvvəl isə boşanıblar. Onlar  müvəqqəti olaraq bakı şəhərində yaşayıb.Faktla bağlı Zaqatala rayon prokurorluğunda  cinayət işi başlanıb. Əli Səfərov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:Gununsesi.info

Chosen
220
3
gununsesi.info

4Sources