EN

“İki qəzəbli kişinin davasıdır” – Ağadadaş Ağayevdən yazdı

“Frenk Sinatrasından tutmuş Vitni Hyustonuna qədər, yumruq atan kim, həbs olunan kim, və sair və ilaxır… Bu tarixçələri yaxşı bilirəm, uzun-uzun danışaram. Artist peşəsi, səhnədə tamaşa göstərmək, sevindirmək, kədərləndirmək, coşdurmaq, güldürmək, ağlatmaqdır. Amma sonucda bu da bir peşədir. Adam peşəsini icra etdikdən sonra, səhnədən düşür və sizlərdən birinə çevrilir”.

Dərgi.az xəbər verir ki, bu sözləri hitmaker Murad Arif sosial media hesabında yazıb.

“Ağadadaş Ağayev məsələsində aylardır xalqın kinayəli, nifrət dolu, qəddar şərhlərini izləyirəm… Videodakı adamın kimliyini kənara atıb, videoya bir daha baxsaq, iki qəzəbli kişinin davasını görərik. O qəzəbin səbəbi, bir Allaha bir də o iki kişiyə bəllidir.

Bilmirəm o hücum idi, yaxud müdafiə idi, yaxud təhqir olunduğu üçün düşdüyü affekt halındakı sərt reaksiya idimi? Məhkəmə araşdırıb,qərar verər. Amma siz, o videoda özünüzü, atanızı, qardaşınızı, yaxud ərinizi də təsəvvür edə bilərsiniz, məsələn. Ola bilməz?!

“Xalqın təpkisi, xalqın qınağı, xalqın sənətçisi” sözləriylə yarğılamağa tələsməyin. O 40 ildir apardığı məclislərlə, kasetləriylə, diskləriylə, mahnılarıyla xalqın sənətçisi olub. Yoxsa onunla oynayan, sevinən böyüyən nəsillər, xalq deyil?!

Bu “balta” insidentinə rəğmən, Ağadadaş Ağayev bundan sonra da “Yarı səndə, yarı məndə”, “Dodağına gülüş qonub”, “Sən oldun” ifaçısı kimi qalacaq, yenə də onu dinləyəcək, onunla bərabər oxuyacaq, qoşub oynayacaqsınız.

Demirəm ki, yaxşı edib. Deyirəm ki, hamınızın başına gələ biləcək hadisədir. Qoy, daşı günahsız olan atsın” – deyə Murad qeyd edib.

Chosen
33
2
dergi.az

3Sources