EN

Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə tədbir keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin, Naftalan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, ƏƏSMN tabeliyində DSMF PHŞ-in Gəncə Daşkəsən Regional filialının Naftalan şəhər qəbul şöbəsinin müdiri Nicat Vəliyev, Reabilitasiya Mərkəzinin əməkdaşları, Naftalanlı bir qrup əlilliyi olan şəxslərlə yanaşı respublikamızın müxtəlif bölgələrindən Mərkəzdə müalicə olunan əlillər və qazilər iştirak ediblər.

Çıxış edən əlillər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə, ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbir musiqili proqram ilə davam etdirilib.

Chosen
74
1
naftalan-ih.gov.az

2Sources