Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən mənzil və fərdi evlərin sayı 16 mini ötüb. Bu barədə Azadmedia.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası çərçivəsində şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 326mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Ümumən ötən dövrdə isə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7770 avtomobil təqdim edilib.