Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsininson oyunları keçirilib.
Trend xəbər verirki, ikinci oyun günündə baş tutan beş qarşılaşmada Premyer Liqa vəI Liqa klubları mübarizə aparıb. Günün mərkəzi görüşündə "Zirə"doğma meydanda "Şamaxı" üzərində inamlı qələbə qazanıb.
Elita təmsilçiləri ilə aşağı liqa klublarının qarşılaşmalarındada favoritlər üstünlük qazanıblar. "Qarabağ" səfərdə "Qəbələ"ni 2:0hesabı ilə məğlub edib, "Neftçi" isə "Difai" üzərində 6:0 hesablıdarmadağınla mərhələ adlayıb. "Kəpəz" minimal hesabla (1:0) qələbəqazanaraq növbəti mərhələyə yüksəlib.
"Sumqayıt" və MOİK arasında gərgin keçən görüşün taleyi isəəlavə vaxtda həll olunub. Matçın əsas vaxtı 1:1 hesabı ilə başaçatıb, əlavə vaxtda "Sumqayıt" iki qol vuraraq qələbənirəsmiləşdirib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsi 2025-ciil fevralın 5-də və 27-də keçiriləcək.