"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola depressiyalı günlər yaşayır.

Offsideplus.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Mənbə ispaniyalı mütəxəssisin özünə qapandığını və telefon zənglərinə cavab vermədiyini bildirib. Xəbərə görə, karyerasında ilk belə uğursuzluqla üzləşən 53 yaşlı mütəxəssis klubun bazasındakı otağına çəkilib və heç kimlə danışmaq qərarında deyil.