EN

Çində tikintidə ağır qəza: 13 işçi torpaq altında qalıb

Çinin cənubundakı Quanqdonq əyalətində dekabrın 4-də dəmir yolu tikintisi zamanı ağır qəza baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dəmir yolu tikintisinin zəminin uçması nəticəsində 13 işçi itkin düşüb, 10-dan çox işçi isə xəsarət alıb.

Sincan şəhərinin Baoan rayonunun Fövqəladə Hallar İdarəsindən bildirilib ki, 5 saylı tikinti sahəsində baş verən çökmə ilə bağlı xilasetmə işləri davam edir: "Ərazidə çalışan 13 işçi çökən hissədə qalıb, onlarla təəssüf ki, əlaqə kəsilib..."

Firudin Səfərli
MİA.AZ

Chosen
31
mia.az

1Sources