EN

Ordu maksimum 1 ilə MƏHV OLACAQ, 1500 əsgər... - ŞOK AÇIQLAMA

Böyük Britaniyanın veteranlarla iş üzrə naziri Alister Karnes genişmiqyaslı müharibənin nəticələri ilə bağlı narahatedici açıqlama verib. O bildirib ki, Britaniya ordusunun hazırkı gücü genişmiqyaslı münaqişədə, xüsusilə Ukrayna tipli savaşda cəmi 6-12 ay ərzində məhv edilə bilər.

Musavat.com xəbər verir ki, nazir Britaniya ordusunun döyüş hazırlığını kifayət qədər zəif hesab etdiyini vurğulayıb.

“Ordumuz Ukraynada baş verən kimi bir münaqişədə maksimum bir il davam gətirə bilər. Mövcud gücümüz uzunmüddətli döyüşlər üçün yetərli deyil,” – deyə, Karnes qeyd edib.

Eyni zamanda, nazir Rusiya-Ukrayna müharibəsindəki itkilərdən də danışıb. O bildirib ki, Rusiya hər gün Ukrayna cəbhəsində təxminən 1500 əsgərini itirir və bu itkilər müharibənin miqyasını bir daha göstərir.

Alister Karnes Britaniya ordusunun gücləndirilməsi üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, ölkənin müdafiə strategiyasının yenidən nəzərdən keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Bu açıqlamalar Böyük Britaniya hökumətində və ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.

Musavat.com

Chosen
57
musavat.com

1Sources