EN

Çində dəmir yolu tikintisi çöküb, 13 nəfər itkin düşüb

Ötən gecə Çinin Quandun əyalətində dəmir yolu tikintisinin zəmininin çökməsi nəticəsində 13 işçi itkin düşüb.

Sincan şəhərinin Baoan rayonunun Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata görə, Sincan-Syanmin dəmir yolu tikintisinin 5 saylı tikinti sahəsində çökmə baş verib.

Bildirilib ki, ərazidə işləyən 13 işçi çökən hissədə qapalı qalıb və onlarla əlaqə kəsilib.

Bölgəyə xilasetmə qrupları göndərilib, axtarış-xilasetmə işləri davam edir.



Chosen
24
trt.net.tr

1Sources