EN

Azərbaycanda ilk dəfə olaraq qaragilə bağlarının salınmasına görə fermerlərə subsidiyalar veriləcək

Bakı. Trend:

2025-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq intensivqaragilə (mavigilə) bağlarının salınmasına görə dövlət tərəfindənsubsidiyalar ayrılacaq.

Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbərverir.

Bildirilib ki, qaragilə (mavigilə) yüksək ixrac potensialınasahib giləmeyvə sayılır, xarici bazarlarda böyük tələbatın olmasısəbəbilə son illər ölkəmizdə də bu giləmeyvənin yetişdirilməsinəmaraq artıb. Qeyd olunub ki, müqayisəli üstünlüyə malik qaragilə(mavigilə) bitkisinin becərilməsi çox xərc tələb etdiyindən, dövləttərəfindən bu xərclərin bir hissəsinin qarşılanması siyasəti həyatakeçirilir.

Məlumata görə, Aqrar Subsidiya Şurasının qərarına əsasən,2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan,Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadirayonlarında salınmış intensiv qaragilə (mavigilə) bağının hərhektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyasıveriləcək.

“Bu subsidiya mexanizmi hər hektarda ən azı 3400 tinginəkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə(mavigilə) bağlarına şamil olunur.

Qeyd edək ki, hazırda ölkəmizin müxtəlif bölgələrində qaragilə(mavigilə) yetişdirilir. Bu giləmeyvənin əkin materialları əsasən,xaricdən gətirilir.

Amma artıq qaragilə (mavigilə) bitkisinin əkin materialınınAzərbaycanda da kütləvi istehsalı başlanılıb. Kənd TəsərrüfatıNazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqatİnstitutunun Biotexnologiya laboratoriyasında qaragilə (mavigilə)bitkisi in-vitro üsulu ilə çoxaldılır”, - deyə məlumatdabildirilib.

Chosen
29
7
az.trend.az

10Sources