EN

İqtisadiyyat Nazirliyi tərəfindən indiyədək verilən lisenziyaların sayı açıqlanıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri, KOBevləri və “Lisenziyalar və icazələr” portalı vasitəsilə indiyədək17 minə yaxın verilib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Məlumata görə, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət”mərkəzləri, KOB evləri və “Lisenziyalar və icazələr” portalıvasitəsilə sahibkarlara 2024-cü ilin 11 ayı ərzində 1848 lisenziya,indiyədək isə ümumilikdə 16 936 lisenziya verilib.

2024-cü ilin 11 ayı ərzində “Lisenziyalar və icazələr”portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiyasistemlərinin portala inteqrasiyası istiqamətində işlər davametdirilib və sahibkarlara portal vasitəsilə 1263 elektron lisenziyatəqdim olunub. “Lisenziyalar və icazələr” portalının fəaliyyətəbaşladığı 01.03.2018-ci il tarixindən indiyədək portal vasitəsilə5800-ə yaxın elektron lisenziya verilib.

Ümumilikdə verilmiş lisenziyaların 27%-i (4561) əczaçılıqfəaliyyəti, 22%-i (3787) tikintisinə icazə tələb olunan bina vəqurğuların tikinti-quraşdırma işləri fəaliyyəti, 13%-i (2173) özəltibb fəaliyyəti, 6%-i (1081) tikintisinə icazə tələb olunan vəbarəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğularınlayihələndirilməsi fəaliyyəti, 6%-i (959) rabitə xidmətləri (əsasənsürətli poçt) və 26%-ni isə (4375) digər fəaliyyət növləri təşkiledib.

Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçünverilən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərininsiyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyənolunub. Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar(dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyəbazarları sahəsində fəaliyyətlər istisna olmaqla) AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri əraziüzrə müvafiq “Asan xidmət” mərkəzi, KOB evi və ya“lisenziya.gov.az” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinəelektron formada müraciət edə bilərlər.

Lisenziya almaq üçün ərizə və bir sıra sənədlər tələb olunur.Sahibkar hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın surəti,fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin, vergi ödəyicisikimi uçota alınması haqqında şəhadətnamənin, ərizədə qeyd olunanobyektlərin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edənsənədlərin surətləri, lisenziya şərtlərinin yerinə yetirilməsinitəsdiq edən sənədlər əlavə olunur.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növününxüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəyalınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğuyerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasənqərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 işgünündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görədövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilədövlət rüsumuna 50 faiz güzəşt edilir.

Chosen
17
4
az.trend.az

10Sources