EN

“Kontakt Home”un administratoru şirkətə qarşı 57 minlik dələduzluq etdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elzamin Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttihama görə, Elzamin Məmmədov 2021-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək "ABC-Telecom" MMC-nin əmtəə nişanının sahibi olan “Kontakt Home 41” mağazasının inzibatçısı (administratoru) vəzifəsində işləyib. O, həmin müddət ərzində şirkətin 56 693,09 manat məbləğində pulu mağazanın kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elzamin Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Kamal Məmmədov

Tarix: 6 Dekabr 2024, 09:36   
Chosen
65
2
pravda.az

3Sources