EN

Rektor: COP29 Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirən bir tədbir oldu

Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tarixi bir hadisədir. Bu tədbir nəinki Qafqazın, həm də dünyanın diqqətini cəlb edən ən böyük ekoloji forumlardan biridir.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Dayanıqlı ətraf mühit: yaşıl enerjiyə keçid” mövzusunda beynəlxalq elmi konfransda deyib. O bildirib ki, COP29-da dünyanın bir çox ölkəsinin rəhbərləri, nazirləri və nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirən bir hadisə oldu. Rektor ekoloji mədəniyyətin inkişafı üçün hər kəsin töhfə verməli olduğunu vurğulayıb: “Məsələn, ağacların kəsilməsinə qarşı mübarizə aparmaq təkcə bir məsuliyyət deyil, həm də sosial bir vəzifədir. BANM-də “YES” adında ekoloji mərkəz yaradılıb. Mərkəz ekoloji maarifləndirmənin artırılmasına yönəlib. Bu işin genişlənməsi üçün hər kəs öz töhfəsini verməlidir”.

Chosen
64
1
tehsil.biz

2Sources