Məşhur azərbaycanlı avtomobil dizayneri Samir Sadıxov yeni layihəsi ilə Dubayda baş tutan “Genesis” şirkətinin “GENESIS MAGMA RACING” adlı yarış komandasının təqdimatında iştirak edib.
OLAY yazır ki, “Hyundai”ın lüks markası “Genesis” 2026-cı ildən etibarən “Dünya dözümlülük çempionatında (WEC)” və 2027-ci ildən ABŞ-ın IMSA seriyasında iştirak edəcəyini elan edib. “Genesis” bu yarışlarda iştirak edərək qlobal bazarda mövqeyini gücləndirməyi hədəfləyir. Bu məqsədlə də Samir təqdimatda qonaqlar üçün yeni model yarış avtomobilinin yarım ölçülü maketini təqdim edib.
“Uşaqlıq arzum gerçəkləşdi və mən dözümlülük yarış avtomobili dizayn etmək şansına sahib oldum. “Genesis GMR-001 Hypercar”ı təqdim etməkdən şərəf hissi duyuram. Bu hələ ki, sadəcə maketdir. Maşın isə hazırlanma ərəfəsindədir. Bir çox test mərhələsindən keçir. Əsl prototipi isə gələn ilə təqdimatı planlaşdırılır “ - deyə o, öz instaqram hesabında yazaraq bildirib.
Qeyd edək ki, Samir Sadıxov son 8 ildir ki “Genesis” şirkətində dizayner kimi çalışır və “Essentia”, “Mint”, “X convertible” modellerinin də həmçinin yadacısıdır.