İstanbulda polis 28 tondan çox saxta spirtli içki ələ keçirib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Müsadirə edilən saxta spirtli içkilərin bazar dəyərinin təxminən 15 milyon türk lirəsi, həmçinin 15 mindən çox saxta bağlama olduğu qeyd edilib.
“İstehsal edilən saxta spirtli içkilər İstanbul, İzmir, Ankara, Antalya və Muğlada satılırmış”, nazir X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.