EN

Azərbaycan gömrükçüləri mobil telefon və planşetlər aşkar edib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefon və planşetlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

"Report" Komitəyə istinadən xəbər verir ki, Abu-Dabi-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükündən gömrük orqanlarına bəyan edilməyən müxtəlif markalı 8 ədəd planşet, 4 ədəd notbuk, 8 ədəd qulaqlıq, 4 ədəd “Apple Pencil Pro” markalı qələm, 4 ədəd “İphone 15 Pro 128 GB” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
28
11
far.az

10Sources