EN

Yaponiyalı professor Laçına səfər edib 

Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Tokio Universitetinin professoru Norito Kunisue Laçın rayonunda səfərdə olub.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə bərpa-yenidənqurma işləri və ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq, bu ərazilərdə turizm imkanları barədə müzakirələr aparmaqdır.

Əvvəlcə Laçın şəhərini gəzən qonaq, 30 illik işğalın fəsadları ilə tanış olub. Məlumat verilib ki, işğaldan azad edilən ərazilər tamamilə viran qoyulmuş, binalar və infrastruktur məhv edilmişdir. Minalanmış ərazilər isə təhlükəsizlik üçün ciddi maneə yaradırdı. Bütün bu çətinliklərə baxmayaraq, qısa müddət ərzində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib.

Qonaq Laçında sakinlərin məşğulluğunun artırılması üçün görülən işlərlə tanış olub, həmçinin turizm potensialına malik əraziləri ziyarət edib. “Hoçazfilm” yaradıcılıq studiyasına baş çəkən professora bildirilib ki, kinostudiya bütövlükdə Qarabağ və Şərqi Zəngəzur regionunda yaradılmış ilk yaradıcılıq məkanıdır.

Daha sonra Zerti Aqro-Sənaye Parkında fəaliyyət göstərən müxtəlif istehsal müəssisələrinin iş prosesinə baxış keçirilib.

Həmçinin keçmiş məcburi köçkün Sevil Ağayevanın ailəsi ziyarət olunub. Professor Laçın sakininin keşməkeşli və çətin köçkünlük həyatı, eləcə də Vətən həsrətinə dözməyərək dünyasını dəyişən yaxınları haqqında xatirələrini dinləyib. Sevil xanım öz evində, doğma yurdunda olmaqdan böyük sevinc hissi keçirdiyini bildirib: “Xəyal belə edə bilməyəcəyimiz gözəl evimiz var. Bu cənnətməkan yurda qovuşduğumuz üçün qürurluyuq. Bu hissləri bizə yaşadan Prezidentimizə, şəhidlərimizə və qazilərimizə dərin minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Norito Kunisue uzun müddət Yaponiyanın aparıcı “Asahi Shinbun” qəzetinin Paris və London bürolarında çalışıb.

 

Chosen
54
1
hafta.az

2Sources