Səbail Rayon Məhkəməsində Avropa Liseyinin direktoru, fəlsəfə doktoru Zülfiyyə Veysova barəsində tərtib olunan cərimə protokolundan verilən şikayətə baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb. Qərar dəyişdirilmədən, şikayət və ya protest isə təmin edilmədən saxlanılıb.
Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Xəyal Quliyev
Tarix: 6 Dekabr 2024, 19:56