EN

“Zirə” uduzdu, baş məşqçisi razı qaldı

Minifutbol üzrə ölkə çempionatının 9-cu turunda “Zirə” ilk məğlubiyyətlə üzləşib. Turun mərkəzi matçında “Birbaşa Bakı” “qartallar”dan üstün olub – 3:2.

“Zirə”nin baş məşqçisi Elşad Quliyev oyunla bağlı belə dedi:

“Komandamın nümayiş etdirdiyi oyundan razıyam. Hər iki komanda meydanda keyfiyyətli oyun göstərdi. Qələbə üçün bir qədər dəqiqlik çatmadı. Qol imkanlarımız çox oldu. Bu oyunda qələbə qazansaydıq belə, bizim üçün önəmi yox idi. Əsas öz yerimizi qorumaq fikrindəydik ki, pley-offda daha yaxşı şanslar olsun. Dörd tur qalıb. Bu oyunlarda qələbə qazansaq, öz yerimizdə qalırıq. Bizim üçün çempionatı uğurlu saymaq olar. Qarşımıza qoyduğumuz məqsədə çatmış oluruq”.

ƏSƏD SEYİDOV
Chosen
61
football-plus.az

1Sources