EN

Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb - YENİLƏNİB 2

Tbilisidə hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı vaxtaşırı su şırnaqlarından və gözyaşardıcı qazlardan istifadə edirlər.

APA xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları mitinq iştirakçılarını dağılışmağa çağırıb.

Xüsusi təyinatlıların həm Rustaveli prospektində, həm də Respublika meydanında yerləşdirildiyi bildirilir.

Hazırda mitinq iştirakçıları parlament binasının qarşısındakı meydandan uzaqlaşdırılıb.

Hadisələr zamanı polisin bir neçə nəfəri saxladığı bildirilir.

***

01:06

Tbilisidə Gürcüstan Parlamentinin binası yaxınlığında, Çiçinadze və Çitadze küçələrində xüsusi təyinatlılar səfərbər olunub, xüsusi texnika yerləşdirilib.

APA xəbər verir ki, bu haqda Gürcüstanın “Interpressnews” agentliyi məlumat yayıb.

Polis Azadlıq meydanında barrikada qurub və meydana xüsusi zirehli texnika, həmçinin su şırnağı texnikası yerləşdirilib.

Polis əməkdaşlarının metronun “Azadlıq meydanı” stansiyasında iki nəfəri həbs etdiyi bildirilir.

Rustaveli prospektində etiraz aksiyası davam edir.

***

21:35

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.
Chosen
67
27
sherg.az

10Sources