EN

“S&P Global Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu kəskin artırıb

“S&P Global Ratings” 2024-2027-ci illər üzrə Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edib.

"APA-Economics" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, 2024-cü il üzrə real ümumdaxili məhsulun (ÜDM) artım proqnozu 2,5%-dən 4.5%-ə yüksəldilib.

S&P 2025-2027-ci illərdə ölkədə iqtisadi artımı 2% müəyyən edib. Başqa sözlə, reytinq agentliyi 2024-cü il üzrə proqnozunu 2 faiz bəndi, 2026-2027-ci illər üzrə proqnozunu isə 0,5 faiz bəndi yaxşılaşdırıb.

Reytinq agentliyi həmçinin, 2024-cü il üzrə Azərbaycanda nominal ÜDM-in 74 milyard, 2025-ci üzrə 75 milyard, 2026-cı il üzrə 78 milyard, 2027-ci il üzrə isə 81 milyard ABŞ dolları həcmində proqnozlaşdırıb.

Chosen
39
4
apa.az

5Sources