EN

Cənubi Koreyanın hakim partiyası prezidentin impiçmenti ilə bağlı səsvermənitərk etdi

Hakim “Vətəndaş gücü” partiyasının deputatlarının əksəriyyəti prezidentin impiçmenti ilə bağlı səsvermənin keçirildiyi parlamentin plenar iclasını tərk edib.

Redaktor.az xəbər verir ki, iclas Cənubi Koreyanın YTN telekanalı tərəfindən translyasiya olunur.

Hakim partiyanın bu addımı Prezident Yon Sok Yolun impiçmenti ilə bağlı səsverməni boykot etmək cəhdi kimi qiymətləndirilir.

Prezidentin impiçmenti üçün 300 deputatdan 200-nün səsi kifayət edir. Hazırda hakim partiya parlamentdə 108 yerə sahibdir.

Chosen
10
3
redaktor.az

6Sources