EN

Bəşər Əsədin sərvəti açıqlandı

  Son hadisələrdən sonra ailəsi ilə birlikdə ölkəsindən qaçdığı iddia edilən Suriya lideri Bəşər Əsədin sərvəti açıqlanıb. Bu sərvətin aqibətinin necə olacağı isə maraq doğurur.

Referans.az Publika.az-a istinadla xəbər verir ki, Əsədin ümumi sərvəti Suriyanın 7 illik dövlət büdcəsinə bərabərdir:

1. 16 milyard dollar və 5 milyard avro dəyərində pul;

2. 200 ton qızıl;

3. Neft və qaz (Suriyanın neft ehtiyatlarından əldə edilən gəlirlər);

4. Dəməşq və Latakiyadakı mülklər də daxil olmaqla, Suriyada və xaricdə əldə edilmiş saraylar;

5. Atası Hafiz Əsəddən miras qalan sərvət (məbləğ dəqiq deyil);

6. “Mersedes-Benz S-Klass” – dövlətin ayırdığı maşın;

7. BMV – 7-ci seriya;

8. Britaniyada 100 milyon funk-sterlinq və s.

Qeyd edək ki, beynəlxalq ictimaiyyət Əsədin sərvətinin Suriya xalqının xeyrinə istifadə olunmasını təmin etmək üçün addımlar atmağa hazırlaşır.  

Chosen
7
21
referans.az

10Sources