EN

"Huma Quşu" Təhsilə Yardım Fondu tərəfindən xeyriyyə gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində "Huma Quşu" Təhsilə Yardım Fondu tərəfindən xeyriyyə gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, "Huma Quşu: Xeyirxahlıq və Cəsarət Bələdçisi" adlı tədbirdə Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, diplomatik korpus nümayəndələri, ADA Universiteti, Slavyan Universiteti, UNEC, ADPU, Xəzər Universiteti, Avropa Litseyi və fondun dəstəyi ilə ali və orta ixtisas təhsilini davam etdirən qazilər iştirak ediblər.

Huma Quşu Fondunun prezidenti saytımıza açıqlamasında xeyriyyə gecəsi haqqında danışıb:

"Fond Humay Quliyevanın xatirəsini və Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədi ilə yaradılıb. Bu xeyriyyə gecəsini keçirməkdə məqsədimiz odur ki, həm Fondumuzu tanıdaq, həm də ianə toplayaq. İanə aztəminatlı ailələrdən olan gənclərin təhsilinə xərclənəcək. İki illik fəaliyyət dövrü ərzində Fond sayı 7-ə çatmış proqram çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verib".

Qeyd edək ki, tədbirdə "Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru professor Misir Mərdanov, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov və bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova
Chosen
31
3
teleqraf.com

4Sources