EN

Gürcüstanın hakim partiyası prezidentliyə namizədini rəsmən qeydə alıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi rəsmi olaraq qeydiyyatdan keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Hazırda o, hakim partiyanın prezidentliyə yeganə namizədidir. Müxalifət seçkilərdə iştirakdan imtina edir və öz namizədini açıqlamayıb, həmçinin onların seçkilərə qatılıb-qatılmayacağı hələ məlum deyil.

Namizədlərin qeydiyyatı müddəti dekabrın 8-də başa çatır.

Gürcüstanda prezident seçkiləri 14 dekabrda keçiriləcək, inauqurasiya mərasimi isə 29 dekabrda baş tutacaq. Ölkədə ilk dəfə olaraq yeni prezident beş illik müddət üçün seçicilər kollegiyası tərəfindən seçiləcək.

"Cebheinfo.az"

Chosen
14
14
cebheinfo.az

10Sources