EN

Arvadı ilə içən ər sonra onu balta ilə öldürüb..?

Leninqrad vilayətinin polisi qadının dəhşətli qətlinin üstünü açıb. Onun əri cinayətdə şübhəli bilinərək saxlanılıb.

SİArus saytlarına istinadən xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hər şey noyabrın 20-də Volxov vilayətindəki Okean bağçasında baş verib.

Həmin gün cütlük içki içib və sonradan mübahisə ediblər. Münaqişə zamanı kişi baltanı götürərək arvadının başına bir neçə dəfə zərbə endirib.

O, meyiti linoleuma bükərək əvvəlcə yaxınlıqdakı gölməçədə gizlədib, daha sonra isə meşəyə apararaq basdırıb.

38 yaşlı qadının itkin düşməsi polisə dekabrın 1-də məlum olub.

İstintaq zamanı müstəntiqlər onun ərinin bu işdə əli ola biləcəyini müəyyən ediblər.

Nazlı Almuradova

Chosen
36
sia.az

1Sources