Suriya rejimi ona uzatdığımız əlin qiymətini bilmədi.
Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Nə etsək də, sırf bu səbəbdən etmişik. Qırğın və zülmdən qaçan qardaşlarımıza qapılarımızı açanda və Suriya böhranını həll etmək üçün əlimizi uzadarkən hədəfimiz bu idi. Amma Dəməşq rejimi Türkiyənin uzatdığı əlin qədrini bilmədi. Türkiyə dünən olduğu kimi bu gün də tarixin doğru tərəfindədir.
Türkiyənin Qəzzada, Livanda, Ukraynada və Suriyada sülhü təmin etmək üçün göstərdiyi səyləri bütün dünya bilir və yüksək qiymətləndirir”, - Ərdoğan bildirib.