EN

Cənubi Koreya prezidenti impiçmentdən yayındı

Cənubi Koreya parlamenti prezident Yoon Suk-Yol impiçment elan etmək üçün lazımi sayda səs toplaya bilməyib.

KONKRET.az  xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İmpiçment proseduruna altı müxalifət partiyası başlayıb. Onlar parlamentdə cəmi 192 yerə sahibdir, ona görə də qərar qəbul etmək üçün hakim “Vətəndaş Qüvvəsi” partiyasının ən azı səkkiz üzvünün dəstəyinə ehtiyac yaranıb.

Lakin parlamentin plenar iclasının başlamasına cəmi bir neçə dəqiqə qalmış “Vətəndaş Qüvvəsi” impiçmentə səs verməmək qərarına gəlib və onu boykot edib.

Nəticədə Yoon Suk-Yul impiçmentdən yayınıb.

KONKRET.az

Chosen
33
4
konkret.az

2Sources