EN

Suriya müxalifəti paytaxta daxil olur

Suriyanın silahlı müxalifəti strateji əhəmiyyətli Hind şəhərinə daxil olublar. 

Qiyamçılar prezident Bəşər Əsədin qüvvələri ilə toqquşub.

Məlumata görə, silahlılar şəhərin şimalından və şərqindən hökumət qüvvələrinin müdafiə xəttini yarıb. Bildirilir ki, onlar ordu düşərgəsini və şəhər xaricindəki kəndləri nəzarətə götürüblər.

Müxakifət qüvvələri ölkə boyu cəbhə xəttinin dağılması fonunda paytaxt Dəməşqə doğru irəliləyirlər.

Dövlət televiziyası qiyamçıların şəhərin kənarında olduqlarını bildirsələr də, Hümsə daxil olmadıqlarını deyir.

Qiyamçılar 24 saat ərzində demək olar ki, bütün cənub-qərbi ələ keçirdiklərini və hökumət qüvvələrinin geri çəkildiyi üçün Dəməşqə 30 km qədər irəlilədiklərini bildiriblər.

Bir qrup etirazçı Dəməşq küçələrinə çıxıb, onlar Əsədin plakatlarını cırıb və keçmiş prezident Hafiz Əsədin heykəlini yıxıblar. Sakinlərin dediyinə görə, bəzi hərbçilər fərarilik edib və etirazçılara qoşulub.

Suriya silahlı qüvvələri Dəməşq ətrafında və paytaxtın cənubunda bütün müdafiə mövqelərini gücləndirdiklərini bəyan ediblər 

CBS telekanalı Amerika administrasiyasındakı mənbəyə istinadən xəbər verir ki, Dəməşqin ətrafı üsyançıların əlinə keçir.

"Cebheinfo.az"

Chosen
76
1
cebheinfo.az

10Sources