Moskvada “Vavilon-92” ticarət mərkəzində yerləşən mobil rabitə mağazasında smartfon partlayıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, iki nəfər xəsarət alıb - onlar üz nahiyəsindən yanıq xəsarətləri alıblar. Binada güclü tüstü var. İnsanların yaxınlıqdakı mağazada sıxıldığı bildirilir.
Məlumata görə, ticarət mərkəzi boşaldılır. Təcili yardım xidmətləri hadisə yerindədir.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Müəllif: Arzu