EN

Sumqayıtda partlayış olan binada bərkitmə işləri aparılır-VİDEO

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə hazırda bərkitmə işləri davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev “Report”a  bildirib ki, təhlükəsizlik tədbirləri tam şəkildə həyata keçirildikdən sonra digər iki blokun sakinlərinin mənzillərdə məskunlaşması məsələlərinə baxılacaq.

Qəza baş verən girişlə bağlı isə aidiyyəti qurumların mütəxəssislərinin araşdırmaları nəticəsində yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, bina 6 girişdən ibarətdir. 3 girişdə sakinlərin məskunlaşması artıq təmin olunub.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb. Onlardan üçü ambulator müayinə üçün evə buraxılsa da, partlayış zamanı xəsarət alan 1977-ci il təvəllüdlü Ramin Əliyev saat 21 radələrində dünyasını dəyişib. Onun oğlu 2007-ci il təvəllüdlü Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Məlumat üçün bildirək ki, yaralılar Bakıda xəstəxanlardan birində müalicə alırdılar və dünən Sumqayıt xəstəxanasına köçürülmüşdülər.

 

Chosen
58
tribunainfo.az

1Sources