EN

Əsədin harada olduğu ilk dəfə açıqlandı- İran üzərindən o ölkəyə qaçıb və sığınacaq alıb...

Image

Suriyada müxalifətin noyabrın 27-də rejimə qarşı başlatdığı hücum dünən axşam Dəməşqin alınması ilə yekunlaşıb. 61 illik Bəəs rejimi süqut etdi və Bəşər Əsəd Suriyadan qaçdı. İndiyə kimi Əsədin hansı ölkədə olması ilə bağlı dəqiq olmasa da, bəzi iddialar irəli sürülür.

Rusiyanın TASS xəbər agentliyi Əsədin Rusiyaya sığındığını açıqlayıb. TASS-ın xəbərində Əsəd ailəsi ilə birlikdə Moskvaya getdiyi, Rusiyanın onlara sığınacaq təklif etdiyi bildirilib.

Rusiyadan gələn açıqlamadan saatlar əvvəl Qətər əmiri Əl Sani ilə İranın xarici işlər naziri Abbas Arakçi arasında diqqət çəkən dialoq olub. Arakçi Saninin "İndi o İrandadırmı?" sualına “Bəli, İrandadır” cavabını verib.

Qətərdəki dialoq və ardından Rusiyadan gələn xəbərlər, Əsədin Rusiyaya İran üzərindən getdiyini göstərir. Ancaq bunun nə vaxt və necə edildiyi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

TAHİR





Chosen
52
1
baki-xeber.com

2Sources