EN

ABŞ zindanında yetişən lider: Əsədi devirən şəxs kimdir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani (əsl adı: Əhməd Hüseyn əl-Şaraa) 1982-ci ildə Ər-Riyad şəhərində doğulub və 7 yaşına qədər orada yaşayıb. 2003-cü ildə İraqda "Əl-Qaidə"yə qoşulub.
Oxu.Az xəbər verir ki, onun həyatı barədə "The Wall Street Journal" məqalə hazırlayıb.
2006-cı ildə ABŞ-nin silahlı qüvvələri onu həbs ediblər. Gələcək lider 2011-ci ilə qədər ABŞ zindanında qalıb. Onun bioqrafiyasının bu hissəsi kifayət qədər qaranlıqdır (İnsaf naminə deyək ki, qalan hissələri də göz qamaşdırmır).
2012-ci ildə azadlığa çıxandan sonra o, "Əl-Qaidə"nin Suriya bölməsi olan "Cəbhət ən-Nüsra"nı yaradıb. İŞİD-in gələcək lideri, 2019-cu ildə qətlə yetirilən Əbu Bəkr əl-Bağdadi ilə əməkdaşlıq edib.
"Cəbhət ən-Nüsra" qısa müddətdə Bəşər Əsədin nəzarət etmədiyi əraziləri, o cümlədən, İdlib şəhərini ələ keçirməyi bacarıb. Həmin dövrdə Əl-Culani tez-tez bəyan edirdi ki, Suriyada xristianlara və ələvilərə (şiələrə) yer olmayacaq.
2016-cı ildə Əl-Culani "Əl-Qaidə" ilə əlaqələrini qırır, onun ideologiyasından imtina edir və özünə sadiq insanlarla "Cəbhət Fəth əş-Şam" təşkilatını qurur.
2017-cil ildə İdlibdə "Həyat Təhrir əş-Şam" adlanan daha bir qruplaşma yaradır. Qrupun əsas məqsədi iranpərəst qüvvələri ölkədən qovmaq və Bəşər Əsədi devirmək idi.
2021-ci ildə qrupun imicini yaxşılaşdırmaq üçün Əl-Culani bəyan edir ki, məqsədi yeni "İslam Dövləti" yaratmaq deyil, sadəcə, Suriyanı azad etməkdir.
Əl-Culani özünü radikal islamçı hesab etmir. O, nəzarət etdiyi ərazilərdə qadınların hicab örtməməsinə, kişilərin siqaret çəkməsinə icazə verir.
Chosen
52
31
oxu.az

10Sources