EN

Suriya müxalifətinin lideri ilk çıxışını etdi: görün nələr danışdı

Suriya müxalifətinin lideri Əbu Məhəmməd Əl-Culani baş verənləri bütün Yaxın Şərq üçün yazılmış yeni tarix adlandırıb.

Publika.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, o, Dəməşqdəki simvolik Əməvi məscidində qələbə nitqi söyləyib.

“Biz bu ölkənin qanuni sahibləriyik. Biz döyüşdük və bu gün də bu qələbə ilə mükafatlandırıldıq”, - Əl-Culani qeyd edib.

O, baş verənləri bütün ölkə vətəndaşlarının qələbəsi adlandırıb.

Chosen
39
6
publika.az

7Sources