Suriya müxalifətinin lideri Əbu Məhəmməd Əl-Culani baş verənləri bütün Yaxın Şərq üçün yazılmış yeni tarix adlandırıb.
Bakıvaxtı.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, o, Dəməşqdəki simvolik Əməvi məscidində qələbə nitqi söyləyib.
“Biz bu ölkənin qanuni sahibləriyik. Biz döyüşdük və bu gün də bu qələbə ilə mükafatlandırıldıq”, - Əl-Culani qeyd edib.
Qeyd edək ki, bu, onun Dəməşqə gəlişindən sonra ilk ictimai çıxışıdır.