Azərbaycandan xarici bazarlara nar ixracı davam edir.
FED.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 29,359.6 ton nar ixrac olunub.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2% çoxdur.
Qeyd edək ki, əvvəlki ilin ilk 11 ayında Azərbaycandan xaricə 27 milyon 382 min ABŞ dolları dəyərində 25 min 259 ton nar ixrac olunmuşdu.