EN

Dəməşqdə komendant saatı elan edilib

Paytaxt Dəməşqi işğal edən Suriyanın anti-hökumət qüvvələri orada komendant saatı tətbiq etdiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki , bu barədə Deutsche Welle məlumat yayıb.

Komendant saatı yerli vaxtla saat 16:00-dan 05:00-dək davam edəcək.

Homsu ələ keçirdikdən sonra hökumət əleyhinə olan qüvvələr dekabrın 8-də heç bir müqavimətlə qarşılaşmadan Dəməşqi ələ keçirdilər. Rusiya mətbuatının məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır və onlara sığınacaq verilib.

Chosen
43
1
veteninfo.az

2Sources