EN

“Elita məşqçiləri aşağı liqa oyunçularına güvənmir” – 1-ci liqanın bombardiri

Məlum olduğu kimi, PFL-in yeni qaydalar əsasında keçirdiyi “Ayın qolu”nun qaliblərindən biri Bəhruz Teymurov oldu. Birinci liqada noyabr ayı ərzində 5 namizəddən məhz onun qolu 11 nəfərlik münsiflər heyətinin səsini qazanıb. Hazırda Teymurov 9 qolla həm də 1-ci liqanın bombardiridi.

Bəs Bəhruzun gələcək hədəfləri nədi?

30 yaşlı oyunçunun “Football-plus.az”a söylədikləri:

“Əvvəlcə mənim qolumu seçdikləri üçün PFL-ə təşəkkürümü bildirirəm. Hər oyunçunun arzusudu ki, bombardir olsun. Mənim də tək məqsədim bu mövsümü bombardir kimi başa vurmaqdı. Əlbəttə, çox istərdim ki, premyer-liqada oynayım. Amma elita məşqçiləri aşağı liqa oyunçularına güvənmir, ona görə hələ ki təklif gəlmiyib. Gəlsə, təbii ki, dəyərləndirərəm. Hazırda əsas hədəfim həm bombardir olmaq, həm də “Karvan”ı çempionedibazarkeşleri sevindirməkdi. Elita yüksəlmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik”.

RÖYANƏ OĞUZ
Chosen
37
football-plus.az

1Sources