EN

Qəhvə içmək ömrü uzadır

Yeni bir araşdırma qəhvənin bir çox fayda gətirə biləcəyini və hətta daha uzun, sağlam həyat şansı verdiyini sübut edib.

Portuqaliyadakı Koimbra Universitetindən bir qrup Avropa, Amerika, Avstraliya və Asiyadan olan iştirakçıların iştirak etdiyi 85 əvvəlki araşdırmanı araşdırıb və qəhvənin ölüm nisbətləri, sağlamlıq göstəriciləri ilə əlaqəsini təhlil edib.

News24.az xəbər verir ki, gündə təxminən üç stəkan qəhvə içmək orta hesabla insanın ömrünü əlavə 1,84 il uzadır və müntəzəm qəhvə istehlakı “sağlam ömür uzunluğu” ilə əlaqələndirilir.

Alimlər öz məqalələrində yazırlar ki, "Mütəmadi olaraq qəhvə istehlakı əzələ, ürək-damar, zehni və immun sisteminin funksiyalarının qorunması ilə əlaqələndirilir. Yaşlıları təsir edən ən çox yayılmış xəstəliklərdən bəziləri, məsələn, ürək-damar və tənəffüs xəstəlikləri, insult, bəziləri. xərçəng növləri, diabet, demans, ağır depressiya və ya zəiflik və s. bu kimi vəziyyətlərlə tərs əlaqə nümayiş etdirir".

Qeyd edək ki, araşdırma "Aging Research Reviews" jurnalında dərc olunub.

Günel Məlikzadə

Chosen
32
4
news24.az

7Sources