“Haber Türk”: Cevdet Yılmaz: “Suriyaya könüllü qayıdış təmin ediləcək”
Türkiyə prezidentinin müavini Cevdet Yılmaz suriyalı vətəndaşların öz ölkələrində əmin-amanlıq içində yaşaması üçün lazımi şəraitin tezliklə yaradılacağını və bununla da təhlükəsiz və könüllü qayıdışın təmin ediləcəyini bildirib.
“Yeni Şafak”: Hakan Fidan: “Milyonlarla suriyalı öz ölkələrinə qayıda bilər”
Türkiyənin Xarici işlər naziri Hakan Fidan öz ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalının artıq öz vətənlərinə geri dönə biləcəyini qeyd edib. O, “İndi birlik və ölkəni yenidən qurma zamanıdır”, - deyə bildirib.
“Star”: Hakan Fidan: “PKK-nın Suriya qolu qanuni tərəf deyil”
Xarici işlər naziri Hakan Fidan Qətərdə Suriyada baş verən hadisələr haqqında açıqlama verib. Nazir Fidan “PKK-nın hər hansı bir qolu Suriyada qanuni tərəf kimi qəbul edilə bilməz və danışıqlar üçün tərəf ola bilməz”, - ifadələrini işlədib.
“Vatan”: Suriyalılar Bəşər Əsədin devrilməsini qeyd etdi
Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyədə yaşayan suriyalılar sevinc nümayişləri keçirib. Öz ölkələrinə qayıdacaqlarını bildirən suriyalılar göstərilən qonaqpərvərliyə görə Türkiyəyə təşəkkür ediblər.
“Sabah”: Türkiyənin iqtisadi proqramı etibarlıdır
Dünya Bankının baş iqtisadçısı Sibel Kulaksız Türkiyənin iqtisadiyyatın hər sahəsində güclü bir ölkə olduğunu vurğulayıb. O, Dünya Bankının Türkiyəyə yönəlmiş layihə təsdiqlərinin artmasının iqtisadi siyasətlərə olan inamın güclənməsinin göstəricisi olduğunu qeyd edib.