EN

Gürcüstanda pirotexnika qadağan edilir

Bu həftə Gürcüstan parlamenti ölkədə pirotexniki vasitələrin satışı və istifadəsini məhdudlaşdıran məsələyə baxmağa başlayacaq.

Ucnoqta.az xəbər verir ki, Bu barədə gürcü jurnalistlərə parlamentin sədri Şalva Papuaşvili bildirib.

“Bu həftə biz digər məsələlərlə yanaşı, pirotexniki vasitələrin tənzimlənməsi məsələlərinə də baxacağıq.

Söhbət onun idxalı və satışı məsələlərindən gedir”, - Papuaşvili bildirib.

 

Onun sözlərinə görə, pirotexniki vasitələrdən istifadənin məhdudlaşdırılması ilə bağlı söhbətlər əvvəlki parlamentdə başlayıb, lakin indiki etirazlar göstərib ki, bu sahənin nizamlanması vacibdir.

Chosen
26
ucnoqta.az

1Sources