Aynur Dadaşova ərindən xəyanətə görə boşanıb.
Bizim.Media yenisabah.az-a istiandən xəbər verir ki, bu barədə müğənni “Həftənin qonağı” verilişində danışıb.
“8 ildir ki, ailəm yoxdur. Qadın, sizcə, ərindən niyə ayrılır? 18 il səbri böyükdür. Bütün xanımlar istəyər ki, yanında güclü kişi, əri, sevdiyi insan olsun.
Demirəm ki, o pis insan olsun. O çox yaxşı insan olub. Mən tikanlı gül olub ortada qalmaq istəmədim. Kənara çəkilsəm daha yaxşıdır. Nədənsə ötrü gündə qan – qaraçılıq. Başqa xanımla illərdir ki, münasibəti varsa artıq orada sevgi yoxdur. Səni sevmir, başqa, sevdiyi xanımın yanındadır", deyə o, qeyd edib.
Bizim.Media