EN

Aparıcı mühafizəkarlar ona qarşı çıxdığı bir vaxtda Cənubi Koreya lideri impiçmentlə üzləşir

Cənubi Koreyanın hakim Xalq Gücü Partiyasının rəhbəri prezident Yon Sok Yolun səlahiyyətlərinin dayandırılmasını dəstəklədiyini açıqlayıb. Təhlilçilər son dəqiqə verilən bu gözlənilməz qərarın Yunun uğursuz bir şəkildə ölkədə hərbi vəziyyət elan etmək cəhdidən sonra impiçmentlə üzləşmək ehtimalını artırır.

Partiya iclasında partiya lideri Han Don-hun Yunun öhdəliklərini "tezliklə dayandırmağa" çağırıb. O, Yunun tanınmış qanunvericiləri dövlətə qarşı qüvvələr” olmaqda ittiham edərək, həbs etmək üçün kəşfiyyat agentliklərindən istifadə etməyə cəhd etdiyini göstərən "yeni aşkar edilmiş faktlar"ın olmasını səbəb kimi göstərib.

"Prezident Yun qeyri-qanuni hərbi vəziyyətin yanlış olduğunu etiraf etməyib. Prezident Yun öz vəzifələrini yerinə yetirməkdə davam edərsə, bu cür ekstremal hərəkətlərin təkrarlanması riski böyükdür... bu da Koreya Respublikası və xalqı üçün böyük təhlükə yarada bilər", Han deyib.

Aylarla müxalifətin onun idarəçiliyinə müdaxilə cəhdləri kimi gördüyü hərəkətlərdən məyus olan Yun çərşənbə axşamı gecəsi hərbi vəziyyət elan edərək, bunun "dövlət əleyhinə qüvvələri əzmək" və "konstitusiya nizamını qorumaq" üçün lazım olduğunu açıqlayıb.

Cənubi Koreyalı qanunvericilər daha sonra Milli Assambleya binasına göndərilən polis və hərbçilərdən yayınaraq, bu əmri ləğv ediblər.

Milli Assambleyada çoxluğa sahib olan müxalifət şənbə günü axşam Yunun impiçmenti ilə bağlı səsvermə keçirməyi planlaşdırır.

Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi daha sonra ilk hərbi vəziyyət elanında iştirak edən Kvakı və digər iki yüksək səviyyəli hərbi komandiri vəzifəsindən uzaqlaşdırıb.

visiontv.az



Chosen
24
visiontv.az

1Sources