EN

Rusiyadan xəbərdarlıq: "Qərb Cənubi Qafqazda..."

Qərb Cənubi Qafqaz regionunda vəziyyətə mənfi təsir göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

“Qərb kollektiv təhlükəsizlik sahəsinə daxil olan (KTMT) Qafqaz regionunda qeyri-sabitliyi gücləndirir. Mərkəzi Asiyada da vəziyyət hələ də gərgindir, burada Əfqanıstandan narkotik təhlükəsi, terrorizm və ekstremizm riskləri davam edir. Strateji vəziyyət Finlandiya və İsveçin Şimali Atlantika Alyansına (NATO) qoşulmasından sonra pisləşib,’’ - deyə Vasilyev qeyd edib.

Diplomat, həmçinin Rusiya və Belarus sərhədlərinə yaxın ərazilərdə NATO-nun artan fəallığını, o cümlədən nüvə potensialına malik silah sistemlərinin yerləşdirilməsi ehtimalını vurğulayıb.


Müəllif: Qənirə Süleymanova
Chosen
15
teleqraf.com

1Sources