EN

Suriya ordusunun taleyi qeyri-müəyyəndir…

Suriya ordusunun gələcək taleyi qeyri-müəyyəndir.

7Times.az  xəbər verir ki, bunu Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali “Sky News Arabia” telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, ordunun taleyi yeni komandanlığın qərarlarından asılı olacaq.

“Suriya ordusunun taleyi ilə bağlı suala cavabım yoxdur”, – deyə əl-Cəlali bildirib.

“Suriya xalqı son illərdə yorulub”, – Baş nazir əlavə edib.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

Chosen
65
1
7times.az

10Sources