Ölkələrində gedən vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalılar 61 illik Baas hakimiyyətinin devrilməsindən sonra Suriyaya qayıtmaq üçün Türkiyənin Hatay vilayətində yerləşən Cilvegözü sərhəd keçid məntəqəsinə axışıblar.
Suriyalılar səhər saatlarından Reyhanlı rayonundakı sərhəd keçid məntəqəsində növbəyə düzülərək gömrük prosedurlarını gözləyiblər.
Suriyalılardan Adem Muhammed Zin məmləkəti Dəməşqə getmək üçün yola düşdüklərini bildirib.
Uzun illərdən sonra ölkələrinin azad olunmasını alqışladıqlarını bildirən Zin "Yolumuz açıldı, Əsəd getdi, müharibə bitdi. 10 il İstanbulda oldum. Allah türklərdən razı olsun, bizə çox kömək etdilər" deyib
Əli Hasiko isə 12 ildir ki, doğma şəhəri Həmaya qayıtmağı gözlədiklərini bildirib.
Türkiyəyə təşəkkürünü bildirən Hasiko “Qapılarını üzümüzə açdığı üçün Türkiyəyə təşəkkür edirəm” deyib.
İbrahim Əl Muta da 6 nəfərlik ailəsi ilə Həmaya getməyi gözlədiklərini bildirib.
Təxminən 11 ildir Türkiyədə olduqlarını bildirən Əl Muta "Allaha şükür müharibə bitdi. Türkiyə çox gözəldir, amma bizim vətənimiz Suriyadır" deyib.