EN

Mənbic terrorçulardan təmizləndi

Suriya Milli Ordusu Mənbic vilayətindəki PKK\YPG terror təşkilatının üzvlərini zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ərazi terrorçulardan tam təmizlənib və vilayət nəzarətə götürülüb.

Sözügedən bölgə Fərat çayının qərbindəki ən böyük terrorçu yuvası hesab edilirdi.

Hazırda Mənbicdə minatəmizləmə işlərinin aparıldığı bildirilib.

Qeyd edək ki, terror təşkilatları Mənbicə 2016-cı ildən nəzarət edirdi.


Müəllif: Ceyhun Ağazadə
Chosen
37
teleqraf.com

1Sources