EN

Xamenei Suriya olaylarına münasibət bildirəcək

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei regionda baş verən son hadisələrlə bağlı çıxış etməyə hazırlaşır.

Bakıvaxtı.az İran KİV-nə istinadən xəbər verir ki, Xamenei çərşənbə günü səhər izdiham önündə çıxış edəcək. Onun Suriyadakı hakimiyyət çeviriliçə münasibət bildirəcəyi gözlənilir.

Görüşün Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Suriya hökuməti “Heyət Təhrir əl-Şam” (HTS) müxalif silahlı qruplaşmasının üsyanı nəticəsində devrilirb. Paytaxt Dəməşqin süqutundan sonra prezident Bəşər Əsəd ölkəsindən Rusiyaya qaçıb.

Chosen
37
4
bakivaxti.az

10Sources