Almaniya Xristian Demokratik İttifaqının (CDU) lideri Fridrix Merz elan olunmamış səfərlə Kiyevə gedib.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədir.
Bu, onun 2022-ci ilin fevralından bəri Ukrayna paytaxtına ikinci səfəridir. Bir həftə əvvəl Almaniya kansleri Olaf Şolz gözlənilmədən Kiyevə səfər etmişdi. Fridrix Merz hökumət başçısı postunda onun əsas rəqibidir.