EN

Hakimliyə namizədlər üçün imtahan keçiriləcək

Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.
Bu barədə Manset.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib. Bildirib ki, həmin namizədlərlə test imtahanı cari ilin dekabr ayının 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq. İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Chosen
30
19
manset.az

10Sources